VERTO · Digital agency

Biznesinizi internetdə cazibə mərkəzinə çeviririk.

Sosial media, reklam, dizayn və vebsayt — hamısı bir komandada.

Hər şey bir nöqtədən

Minlərlə detal. Bir məqsəd.

Rəng, mətn, reklam, sayt — hər biri ayrı-ayrılıqda heç nədir. Bir yerə yığılanda brend olur.

Üç hissə · Bir brend
VERTO

Vebsayt, reklam, SMM və dizayn — loqomuzdakı üç blok kimi, bir-birini tamamlayır.

01 · Vebsayt

Biznesinizin onlayn evi.

Sıfırdan, sizin biznesə uyğun sayt: menyu, kataloq, rezerv və WhatsApp-a birbaşa sifariş. 3 günə hazır.

Biznes saytlarıKataloqlar3D dizayn
02 · Reklam

Doğru insana, doğru anda.

Instagram, Facebook və TikTok-da hədəfli reklam, strategiya və nəticələrin rəqəmlərlə təhlili.

Meta AdsTikTokRetargeting
03 · SMM və dizayn

Hər gün görünən brend.

Kontent planı, gündəlik idarə, post, reels, story, loqo və brend üslubu.

Kontent planıReelsLoqo
Hamısı bir komandada

Müştəri axtarır — sizi tapır.

Onlayn işləyirik, harada olmağınızdan asılı olmayaraq.

Sürüşdür

Sayt üç günə. Əvvəlcə pulsuz demo görürsünüz. Bəyənməsəniz, heç nə ödəmirsiniz.

0günə hazır sayt
0saytın başlanğıc qiyməti
0pulsuz demo, öhdəlik yoxdur
0platforma: Instagram, Facebook, TikTok
Xidmətlərimiz

Bir xidmət də seçə bilərsiniz, hamısını da.

Hər işə biznesinizi tanımaqla başlayırıq.

01

Sosial media idarəçiliyi

Səhifəniz hər gün canlı qalır, siz isə işinizlə məşğul olursunuz.

  • Kontent planı
  • Gündəlik idarə
  • İzləyicilərlə kommunikasiya
Paketlərə bax →
02

Reklam xidmətləri

Büdcənizi düzgün auditoriyaya xərcləyirik, nəticəni rəqəmlərlə göstəririk.

  • Meta Ads
  • Instagram və Facebook
  • TikTok reklamları
  • Strategiya və təhlil
Bu barədə yazın →
03

Vizual və qrafik dizayn

Brendiniz hər postda, hər banner-də eyni və tanınan görünür.

  • Post və story
  • Reklam bannerləri
  • Loqo və vizual kimlik
  • Brend üslubu
Bu barədə yazın →
04

Vebsayt xidmətləri

Telefonda rahat açılan sayt, 3 günə. Əvvəlcə pulsuz demo.

  • Sıfırdan sayt
  • Biznes və şirkət saytları
  • Kataloqlar
  • Dizayn və idarə
Nümunələrə bax →

Saytınız yoxdur? Sizin üçün pulsuz demo sayt hazırlayaq. Bəyənməsəniz, heç nə ödəmirsiniz.

Demo istəyin
Necə işləyirik

Sayt üç günə, risksiz.

Ödənişi yalnız saytı görüb bəyənəndən sonra edirsiniz.

11-ci gün

Tanışlıq

WhatsApp-a yazırsınız və ya biz sizə gəlirik. Biznesiniz, xidmətləriniz və şəkillər haqqında danışırıq.

21–2-ci gün

Pulsuz demo

Sizin biznes üçün demo sayt hazırlayıb linkini göndəririk.

32–3-cü gün

Düzəlişlər

Rəng, mətn, şəkil — nə istəsəniz dəyişirik. Bəyənməsəniz, heç nə ödəmirsiniz.

43-cü gün

Sayt işləyir

Domen qoşulur, sayt açılır. Müştəriləriniz sizi tapır və bir toxunuşla zəng edir.

Aylıq SMM paketləri

Şəffaf qiymət, gizli xərc yoxdur.

Instagram, Facebook və istəyə görə TikTok hesablarının tam idarəsi. Çəkiliş materialını siz təmin edirsiniz, qısa çəkiliş təlimatını biz veririk.

START

Sosial mediada müntəzəm görünmək istəyən bizneslər üçün

400 AZN / ay
  • 8 post dizaynı
  • 4 reels montajı
  • 12 story
  • Kontent planı və mətnlər
  • Hashtag strategiyası
  • Aylıq qısa hesabat
  • DM və şərhlərə cavab
  • Target reklamın idarəsi
Start paketini istəyirəm
Ən çox tövsiyə olunan

STANDART

Müntəzəm müştəri axını istəyən kafe, salon, zal və mağazalar üçün

650 AZN / ay
  • 10 post dizaynı
  • 8 reels montajı
  • 20 story
  • Şərhlərə və DM-lərə cavab (iş saatlarında)
  • Target reklam idarəsi (1–2 kampaniya)
  • Aylıq hesabat və təkliflər
Standart paketini istəyirəm

PREMIUM

Satışı reklamla sürətləndirmək istəyənlər üçün

950 AZN / ay
  • 12 post dizaynı
  • 12 reels montajı
  • Gündəlik story
  • Tam DM və şərh idarəçiliyi
  • Target: 3+ kampaniya, A/B test, retargeting
  • Aksiya və kampaniya strategiyası
  • Aylıq görüş və ətraflı hesabat
Premium paketini istəyirəm

ƏLAVƏ XİDMƏTLƏR

Foto/video çəkiliş (2–3 saat)120 AZN
Əlavə reels25 AZN
Əlavə post dizaynı10 AZN
Brend üslub bələdçisi150 AZN

Reklam büdcəsi xidmət haqqına daxil deyil, birbaşa sizin kartınızdan Meta-ya ödənilir. Başlanğıc üçün ayda 150–300 AZN tövsiyə edirik.

DİZAYN

Post dizaynı10 AZN
Story dizaynı10 AZN
Reklam banneri25 AZN
Loqo150 AZN-dən
Brend üslubu350 AZN-dən

VEBSAYT

Sayt hazırlanması300 AZN-dən
Aylıq dəstək30 AZN/ay

Fərdi dizayn, domen və hostinq (1 il), telefon görünüşü, WhatsApp və zəng düymələri, Google Xəritə, 1 ay pulsuz dəyişiklik daxildir. Son qiymət səhifə sayı, onlayn sifariş, rezerv və dillərə görə dəyişir.

Bütün qiymətlər manatla. SMM-də minimum əməkdaşlıq 3 aydır, 6 aylıq müqavilədə aylıq qiymətə 10% endirim. Sayt + 3 ay SMM birlikdə sifariş olunarsa, sayta 15% endirim. Paketi istənilən ay dəyişə bilərsiniz.

Tez-tez soruşulanlar

Suallar

Yalnız bir xidmət sifariş etmək olar?

Bəli. Məsələn, yalnız reklam və ya yalnız sayt sifariş edə bilərsiniz. Bir neçə xidməti birlikdə götürsəniz, hamısı eyni üslubda olur.

Demo sayt həqiqətən pulsuzdur?

Bəli. Demonu sizin biznes üçün pulsuz hazırlayırıq. Bəyənsəniz sifariş verirsiniz, bəyənməsəniz heç bir öhdəlik yoxdur.

Instagram səhifəm var, sayt niyə lazımdır?

Sayt Google-da axtarışda çıxır, daha etibarlı görünür və müştəriyə bütün məlumatı — xidmətlər, qiymətlər, ünvan, iş saatları — bir yerdə göstərir. Instagram linkinizi də sayta qoyuruq.

Reklam büdcəsi nə qədər olmalıdır?

Biznesinizdən və məqsədinizdən asılıdır. Kiçik büdcə ilə başlayıb nəticəyə baxırıq, sonra işləyən reklamı artırırıq.

Saytı sonra özüm dəyişə bilərəm?

İlk ay kiçik dəyişiklikləri pulsuz edirik. Sonra nəyisə dəyişmək istəsəniz, sadəcə WhatsApp-a yazın — nə lazım olduğunu deyin, biz edək.

Şəkillərim yoxdur, nə edim?

Problem deyil. Gəlib şəkil çəkə bilərik və ya dizaynı şəkilsiz də gözəl qururuq.

Biznesinizdən danışın

Növbəti brend sizinki olsun.

Hansı xidmət lazım olduğunu WhatsApp-a yazın. Sizə uyğun təklif və ya pulsuz demo sayt göndərək.